...

Azərbaycan "Sosial dialoq sahəsində əməkdaşlıq" layihəsi üzrə müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2009 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir A.Bədəlova/ Azərbaycan Sahibkarlarının Milli Konfederasiyası (ASMK) cümə günü Almaniyanın Maklenburq-Worpommern peşə-texniki təhsil institutu ilə "Sosial dialoq sahəsində əməkdaşlıq" birgə layihəsi üzrə müqavilə imzalayıb.

Üç il müddətinə nəzərdə tutulmuş layihənin əsas məqsədi sosial tərəfdaşlar (hökumət, işlə təmin edənlər və həmkarlar təşkilatları) arasında sosial dialoqun inkişafı, beynəlxalq, həmçinin alman təcrübəsi, eləcə də yeni texnologiyaların tətbiqidir", - müqavilənin imzalanması mərasimində ASMK-nın prezidenti Ələkbər Məmmədov deyib.

Onun sözlərinə görə, ASMK, xüsusilə də onun regional nümayəndəlikləri yetərli maddi-texniki bazaya malik deyil.

Layihədə ASMK şəbəkəsinin qurulması və bu məqsədlə maddi-texniki bazanın mükəmməlləşdirilməsi, sahibkarların ixtisaslarının artırılması üçün seminarlar, kursların keçirilməsi nəzərdə tutulub.

ASMK prezidentinin sözlərinə görə, Azərbaycanda əmək müqavilələrinin bağlanılması, eləcə də işçilər arasında sosial dialoqun qurulması məsələlərində bəzi boşluqlar mövcuddur.

"Azərbaycanda öz işçiləri ilə əmək müqaviləsi bağlamayan yetərincə müəssisə var", - Məmmədov qeyd edib.

Onun sözlərinə görə, bu boşluqların aradan qaldırılması məqsədilə, ASMK rayon, regional və kollektiv razılaşmalar modeli hazırlayaraq müvafiq strukturlara, həmçinin Həmkarlar Təşkilatları Konfederasiyasına təhvil verib.

"Sosial dialoq sahəsində əməkdaşlıq" layihəsinin həyata keçirilməsi sahibkarlığın inkişafı ilə yanaşı, onun hazırda elə də yaxşı vəziyyətdə olmayan ictimai strukturlarının da inkişafina imkan verəcək", - Məmmədov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti