Azərbaycan, Bakı, 28 fevral / Trend -ın müxbiri N.İsmaylova/
Şənbə günü Türk sənayeçiləri və sahibkarları Azərbaycan beynəlxalq cəmiyyətinin (TUSİAB) sədri Yavuz Keleşin dediyinə görə, Azərbaycan praktiki olaraq dünya maliyə böhranından az zərər çəkən yeganə ölkədir.
"Düşünürəm ki, Azərbaycan mövcud məsələyə çox diqqətlə yanaşacaq. Çünki dəstəy hökumətdən gəlir və ölkə təbii sərvətlərlə çox zəngindir", - Keleş qeyd edib.
Onun sözlərinə görə, böhran yalnız Azərbaycana yatırılan türk sərmayələrində özünü biruzə verib.
"Buna baxmayaraq, türkiyəli iş adamları Azərbaycandakı mövqelərini saxlamaq fikrindədirlər. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər bizim sahibkarlara böyük dəstək oldu", - Keleş deyib.
TUSIAB-ın başçısı hesab edir ki, dünyanı cənginə alan maliyə böhranə ilin ortalarına kimi öz tempini azaltmalıdır. Pis halda isə 2009-cu ilin sonuna dək böhran sona yetməlidir.
Türkiyəli ekspertlərin fikrincə, böhran vəziyyəti turizm sektoruna daha az təsir edəcək.
Bu gün TUSIAB "Beynəlxalq maliyə böhoranının təsirinin azaldılması istiqamətində şirkətlər tərəfindən atılan addımlar" mövzusunda növbəti seminar keçirilib. Tədbirin əsas məqsədi işlə təmin edənlərə yardımdan ibarətdir.
Seminarda TUSIAB-a daxil olan şirkətlərin sahibləri və direktorları iştirak ediblər.
Cəmiyyət şirkətlərin yüksək eşelonlarına və işlə təmin edənlərə hesablanmış müxtəlif mövzularda seminarların keçirilməsini də planlaşdırır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]