Azərbaycan, Bakı, 12 may / Trend , müxbir S.Babayeva /
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Can Su" brendi altında istehsal olunan içkilərin içərisində bağırsaq çöpləri qrupundan bakteriyalar aşkar edib.
"Standartların yerinə yetirilməsi, "Can-Pa" meyvə şirələrini istehsal edən müəssisənin metrologiya qayda və normalarına riayət etməsi ilə bağlı monitorinq keçirilib", - komitənin məlumatında deyilir.
"Can Su" brendinin portağal şirəsinin laborator tədqiqatı zamanı bağırsaq çöpləri qrupundan bakteriyalar üzə çıxarılıb, məhsulun fiziki-kimyəvi göstəriciləri normativ sənədlərə cavab verməyib.
"Bu şirələrin istehsal və satışına qadağa qoyulması üzrə işlər aparılır", - dövlət komitəsi məlumat verir.
Dövlət komitəsi standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində dövlət siyasətini formalaşdıran və aparan mərkəzi icra orqanıdır.