...

Azərbaycanın Dövlət Baytarlıq Xidməti donuzçuluq təsərrüfatında "donuz qripi"nin olmadığını təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2009 18:29 (UTC +04:00)
Azərbaycan Kənd Təsrrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkə ərazisindəki donuzçuluq təsərrüfatlarında monitorinqləri davam etdirir.
Azərbaycanın Dövlət Baytarlıq Xidməti donuzçuluq təsərrüfatında "donuz qripi"nin olmadığını təsdiqləyib

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan Kənd Təsrrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkə ərazisindəki donuzçuluq təsərrüfatlarında monitorinqləri davam etdirir. Bu barədə cümə axşamı Dövlət Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib.

"Bu gün də keçirilən monitorinqlərin nəticələrinə əsasən, "donuz qripi"nə yoluxma faktı aşkarlanmayıb və vəziyyət stabildir", - Xanvəli deyib.

Onun sözlərinə görə, "donuz qripi"nin əsasən insandan insana keçməsinə baxmayaraq, Dövlət Xidməti donuzçuluq təsərrüfatında passiv və müntəzəm monitorinqlər aparır.

Səhiyyə Nazirliyindən cümə axşamı verilən məlumatda deyilir ki, bu gün Azərbaycanda "donuz qripi"nə ilk yoluxma faktı aşkarlanıb.

"Donuz qripi"nə yoluxma faktı Fransa (27 iyul) və Böyük Britaniyadan (29 iyul) gələn Bakı və Gəncə sakinlərində aşkarlanıb.

Xəstələrin vəziyyəti qənaətbəxş qiymətləndirilir və onlar həkimlərin nəzarəti altında müalicə alırlar.

Xəstələrlə ünsiyyətdə olan şəxslər barəsində proflaktik tədbirlər görülür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti