Azərbaycan, Bakı, 17 avqust / Trend , müxbir Ü.İsmayılova /
Azərbaycanda orta aylıq əməkhaqqı 2009-cu ilin yeddi ayının yekununa görə 298 manat təşkil edib. Bu da ötən ilin analoji dövründəki göstəricidən 17,8 faiz çoxdur. Bu barədə bazar ertəsi Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ən yüksək əməkhaqqı hasilat sənayesində, maliyyə fəaliyyəti, əmlakla əməliyyatlar, arenda sahəsində və istehlakçılara xidmət göstərilməsi sahələrində, eləcə də inşaat sektorunda qeydə alınıb.
Müəssisə və təşkilatların işçiləri 6,6 milyon manatlıq sosial müavinətlər alıblar. Müavinətlərin əsas alıcıları hasilat sənayesinin, enerji, qaz, su istehsalı və paylanması üzrə müəssisələrin, emal sənayesinin, nəqliyyat və rabitə sahələrinin işçiləridir.
Hesabat dövrü ərzində orta aylıq əməkhaqqı əhalinin adambaşına düşən aylıq gəlirini 46,6 faiz istələyib.
Yanvar-iyulda əhalinin adambaşına düşən nominal gəliri 1423 manat olub ki, bu da 2008-ci ilin müvafiq dövründəki göstəricini 12,1 faiz qabaqlayır. Əhalinin adambaşına düşən real gəliri 12,3 faizlik artımla 1276,2 manat təşkil edib.
Hesabat dövrü ərzində əhali şəxsi gəlirindən məhsul əldə edilməsinə 67,2 faiz, vergi ödəmələrinə, sosial sığortaya və məcburi üzvlük haqlarına 10,3 faiz, kapital yığımına və artırılmasına 22,5 faiz yönəldib.
Avqustun 17-nə olan cari məzənnə 0,804 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]