...

Azərbaycanda "Fərqli" tibbi sığorta tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2009 20:59 (UTC +04:00)
Azərbaycanın iri sığorta şirkətlərindən biri olan A-Group bazara "Fərqli" adlı yeni tibbi sığorta proqramı çıxarıb.
Azərbaycanda "Fərqli" tibbi sığorta tətbiq edilib

Azərbaycan, Bakı, 01 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın iri sığorta şirkətlərindən biri olan A-Group bazara "Fərqli" adlı yeni tibbi sığorta proqramı çıxarıb. Bu barədə cümə axşamı şirkətdən deyilib.

"Qiyməti üç min manat olan sığorta vəsiqəsi korporativ və fərdi müştərilər üçün nəzərdə tutulub", - şirkətdən deyilib.

"Fərqli" sığorta vəsiqəsi 100 min dollarlıq tibbi xidmətlərin təminatını əhatə edir. Həmçinin hepatit, bədxassəli şişlər, qan xəstəlikləri və diabetin müalicəsini, dərmanların evə çatdırılmasını, evdə həkim məsləhətini, hətta xaricdə müayinə olunmağı və lüks palatalar kimi əlavə imkanları nəzərdə tutur. Paketə həmçinin bədbəxt hadisələrdən sığortalanmaq və xaricə gedənlər üçün ilboyu sığortalanmaq daxildir. Bununla yanaşı, sığortalanmış şəxsin arzusuna görə sığorta proqramı müəyyən təminatlar istisna edilməklə sadələşdirilə bilər (Bu halda sığorta haqqı müvafiq olaraq azaldılacaq).

Proqramın daha bir üstünlüyü fərdi elektron sağlamlıq kartının (sağlamlıq vəziyyəti haqqında informasiya daşıyıcısı) əldə edilməsidir.

Proqramın fərqi tibbi xidmətin eksklüziv sisteminin yaradılmasıdır. Onun mahiyyəti sığortalanmış şəxsə tam fərdi yanaşaraq, onun sağlamlığının möhkəmlənməsini dəstəkləməkdir. "Fərqli" sığorta proqramı tibbi xidmətin tamamilə yeni standartıdır. Bu proqram sığortalanmış şəxsin sağlamlığının bütün qayğısını öz üzərinə götürür.

Assistance Department sutkanın 24 saatı, həftənin yeddi günü, ilin 365 günü sığortalanmış şəxslərin xidmətindədir. Müalicə prosesinin təşkili ilə bağlı hər hansı bir məsələ yaranarsa həkim-koordinatorlar kömək edirlər.

Onlar istənilən xahişə cavab verirlər: həkimləri evə çağırırlar, mütəxəssislərin qəbul edilməsi yeri və vaxtı barədə razılaşırlar, təcili tibbi yardımı təşkil edir və tibbi müəssisə seçimində köməklik göstərirlər.

Sığorta şirkətinin ştatında həkim-ekspertlər fəaliyyət göstəririlər ki, onlar da tibbi xidmətlərə yüksək standartlara uyğun olaraq nəzarət edirlər.

A-Group məcburi sığortanın 3 növü və könüllü sığortanın 14 növü üzrə xidmət göstərir. Sığorta şirkətinin nizamnamə kapitalı 1,55 milyon manat təşkil edir. 2008-ci ilin yekununa görə A-Group sığorta şirkəti tibbi sığorta sahəsində liderlik etməkdə davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti