...

Britaniya biznesi Azərbaycanın maliyyə sektoruna xüsusi maraq göstərir - səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2009 20:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 noyabr / Trend , müxbir V.Javoronkova/

Britaniya biznesi Azərbaycanın maliyyə sektoruna xüsusi maraq göstərir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun bildirib.

"Xüsusi maraq göstərilən sahələrdən biri də Azərbaycanda inkişaf edən maliyyə xidmətləridir", - Trend -un Avropa redaksiyasına müsahibə verən Braun deyib.

Onun sözlərinə görə, London Siti merinin iyul ayında Bakıya səfərindən sonra bu sahədə ikitərəfli əlaqələrin həcmi xeyli artıb.

"Bu, Böyük Britaniyada Azərbaycan investisiyasının perspektivlərini, həmçinin Azərbaycanda Böyük Britaniya investisiyasının perspektivlərini ilk dəfə özündə birləşdirir", - səfir deyib.

Onun fikrincə, bir neçə ay öncə özəl sektorun ticari və investisiya əlaqələrinin gələcək inkişafı məqsədilə yeni bir təşkilatın - İngiltərə-Azərbaycan Biznes-Şurasının yaradılması qərarı daha bir müsbət hadisə oldu.

"Sizin ölkəniz karbohidrogen sahəsinə beynəlxalq investisiyaların cəlb edilməsi və saxlanması şəraitinin yaradılmasında inanılmaz dərəcədə uğurlar əldə edib. Bunlar bir çox ölkələrin, o cümlədən qonşularınızın hələ əldə etməli olduqları nailiyyətlərdir", - Braun deyib.

Onun sözlərinə görə, Azərbaycanın qarşısında duran növbəti məsələ analoji şəraitin ölkə iqtisadiyyatının bütün digər sahələrində genişlənməsidir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-avqust aylarında Böyük Britaniya ilə mal dövriyyəsi 395 milyon dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti