...

Azərbaycan və Türkiyə yaxın illərdə əmtəə dövriyyəsini $1,5 milyarda çatdırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2009 11:33 (UTC +04:00)
Azərbaycan və Türkiyə yaxın illərdə əmtəə dövriyyəsini 1,5 milyard dollara kimi artırmaq niyyətindədir. Bu barədə çərşənbə günü Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov bildirib.
Azərbaycan və Türkiyə yaxın illərdə əmtəə dövriyyəsini $1,5 milyarda çatdırmaq niyyətindədir

Azərbaycan, Bakı, 11 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycan və Türkiyə yaxın illərdə əmtəə dövriyyəsini 1,5 milyard dollara kimi artırmaq niyyətindədir. Bu barədə çərşənbə günü Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov bildirib.

"Bir neçə il əvvəl ölkələr arasında əmtəə dövriyyəsi 455 milyon dollar təşkil edib, hazırda isə bu göstərici bir milyard dolları ötür", - Şərifov deyib.

Onun sözlərinə görə, bu il ölkələr arasında əmtəə dövriyyəsi qlobal proseslərlə əlaqədar olaraq cüzi azalıb, lakin növbəti ildən onun artması gözlənilir.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycan və Türkiyə arasında əmtəə dövriyyəsi yanvar-avqust aylarında 668,5 milyon dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti