...

Hazırda yalnız bir nəfər "donuz qripi"dən müalicə olunur - Azərbaycanın Taun Əleyhinə Stansiyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2009 13:28 (UTC +04:00)
Bu gün daha bir "donuz qripi" A/H1N1 virusuna yoluxmuş xəstə tam sağaldılaraq 7 saylı uşaq infeksion xəstəlikləri xəstəxanasından evə yola salınıb. Bu barədə şənbə günü Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov deyib.
Hazırda yalnız bir nəfər "donuz qripi"dən müalicə olunur - Azərbaycanın Taun Əleyhinə Stansiyası

Azərbaycan, Bakı, 14 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Bu gün daha bir "donuz qripi" A/H1N1 virusuna yoluxmuş xəstə tam sağaldılaraq 7 saylı uşaq infeksion xəstəlikləri xəstəxanasından evə yola salınıb. Bu barədə şənbə günü Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov deyib.

"Beləliklə hazırda Ağ ciyər xəstəlikləri elmi-tədqiqat mərkəzində virusa yoluxmuş cəmi bir nəfər xəstə stasionar müalicə alır", - Qurbanov deyib.

Onun sözlərinə görə, xəstə artıq sağalmaq üzrədir və növbəti bazar ertəsi-çərşənbə axşamı evə yola salınacaq.

Qurbanov deyib ki, hazırda Taun Əleyhinə Stansiyanın laboratoriyasında qrip simptiomları ilə müraciət edən vətəndaşların analizlərinin yoxlanma işləri davam edir.

Azərbaycanda ümumilikdə bu günədək 14 "donuz qripi"nə yoluxma faktı qeydə alınıb. Birinci yoluxma faktı yayda aşkarlanıb.

Azərbaycan Səhiyyə Nazirliyinin tərkibinə daxil olan bütün tibb müəssisələri ölkəyə "donuz qripi" - A/H1N1 virusunun daxil olması səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər. Nazirlik ölkə üzrə bütün tibb personalına müəssisələrdə profilaftik təbdirlərin keçirilməsini və hər bir yerli poliklinikada qeydiyyatda olan şəxslərin ərazi üzrə yoxlanmasını tapşırıb.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan üçün pulsuz ayrılan virus əleyhinə vakisinlərin ilk partiyası noyabrın sonunda gətiriləcək. Vaksinləmə risk qrupuna daxil olan şəxslər arasında aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti