...

Bakıda torpaq sahələrinin ekspozisiya müddəti təxminən 250 günə qədər artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2009 19:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir Ü.İsmaylova/

Bakının torpaq bazarında oktyabrda orta qiymət üç faiz azalaraq 16 842 dollar təşkil edib, noyabrda isə 2,2 faiz azalaraq 16341 dollar olub. Bu barədə cümə günü "Əmlak Bazarı İştırakçıları" İctimai Birliyindən məlumat verilib.

Oktyabrda bazarda 819,3 hektar, noyabrda isə 821,1 heqtar torpaq tələb olunub.

Oktyabrda torpaq sahələrinin ekspozisiya müddəti 1,2 faiz artaraq 242 gün, noyabrda isə 0,8 faiz artaraq 244 gün olub.

Oktyabrda qiymətlərin kəskin düşməsi Bakının Xətai rayonunda baş verib - 7,4 faiz. Qalan fəal rayonlar - Bakının Binəqədi və Nərimanov rayonları, ən fəal rayon isə Nəsimi rayonu olub.

Noyabr ayında qiymətlərin ən kəskin düşməsi halı Bakının Nizami rayonunda qeydə alınıb - 5,4 faiz. Həm noyabr, həm də oktyabr aylarında heç bir rayonda qiymət artımı müşahidə olunmayıb. Qalan fəal rayonlar Binəqədi və Sabunçu rayonlarıdır.

Oktyabrda ən baha qiymətə olan torpaq sahəsi Nərimanov rayonunda tələb olunub - bir sotu 250 min dollar. Ən ucuz qiymətə olan torpaq sahəsi isə Əzizbəyov rayonunda tələb olunub - bir sotu 650 dollar. Noyabrda isə Bakının Nərimanov rayonunda torpağın bir sotunun qiyməti 150 min dollar, Abşeron rayonunda isə bir sotu 400 dollar olub.

Ümumi cədvəl Bakı şəhərinin zonalar üzrə oktyabr-noyabrda torpaq sahəsinin qiymətinin dəyişməsini göstərir.

Şəhərin zonası

Oktyabr/noyabrda bir sotun qiyməti (dollarla)

Faizlər üzrə qiymətin orta dəyişkənliyi

I

179310

-1,6

II

102196

-3,5

III

21038

-4,3

IV

4211

-5

Xəbər lenti

Xəbər lenti