...

Azərbaycan Mərkəzi Bankı 2010-cu ildə bank sektorunu xarici mənfi təsirlərdən qorumağa davam edəcək - baş direktor

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2009 11:04 (UTC +04:00)
2010-cu ildə Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə maliyyə stabilliyinin dəstəklənməsi üzrə bütün lazımi tədbirləri davam etdirəcək. Bunu AMB-nin baş direktoru Xaqani Abdullayev Bakıda "Qlobal maliyyə böhranı: iqtisadi təhlükəsizliyin Azərbaycan modeli və dünya təcrübəsi" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Azərbaycan Mərkəzi Bankı 2010-cu ildə bank sektorunu xarici mənfi təsirlərdən qorumağa davam edəcək - baş direktor

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir N.İsmayılova/

2010-cu ildə Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə maliyyə stabilliyinin dəstəklənməsi üzrə bütün lazımi tədbirləri davam etdirəcək. Bunu AMB-nin baş direktoru Xaqani Abdullayev Bakıda "Qlobal maliyyə böhranı: iqtisadi təhlükəsizliyin Azərbaycan modeli və dünya təcrübəsi" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq Mərkəzi Bank yaxın günlərdə 2010-cu ilə olan kredit-pul siyasətinin əsas istiqamətləri haqqında ictimaiyyətə geniş bəyanat təqdim edəcək. Hazırda işlər yekunlaşdırılır və qısa müddətdə bu bəyanat dərc ediləcək.

"AMB-nin 2010-cu ildə əsas məqsədi maliyyə stabilliyini saxlamaqdır, çünki qlobal maliyyə böhranı hələ tam başa çatmayıb, dünya maliyyə bazarları isə hələ stabilləşməyib", - Abdullayev deyib.

Onun sözlərinə görə, AMB bənzər proseslər nəticəsində ölkənin bank sektoruna mənfi təsirlərin mümkünlüyünü yoxlayır və sınaqdan keçirir.

"Biz bu il olduğu kimi 2010-cu ildə də real sektora lazımi dəstək göstərəcəyik", - Abdullayev deyib.

Onun sözlərinə görə, AMB üçün əsas mandat öz səlahiyyətləri çərçivəsində ölkədə makroiqtisadi stabilliyin təminatına dəstək verməkdir.

"2010-cu ilə olan dövlət büdcəsinin müzakirəsi zamanı orta illik inflyasiya 3% səviyyəsində göstərilmişdi və Mərkəzi Bank inflyasiyanın bu səviyyəsinin saxlanmasına yönəlib. Əlbəttə, əgər ölkədə iqtisadi artım gözləniləndən artıq olarsa bu proqnoz dəyişilə bilər. İqtisadi aktivlik şəraitində ölkədə inflyasiya proqnozlarına yenidən baxıla bilər", - Abdullayev deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank 2010-cu ildə ölkədə rəqabət qabiliyyətinin təminatını izləmək niyyətindədir.

"Bəzi iqtisadçılar cari ildə milli valyutanın devalvasiyasına tərəfdar idirlər və güman edirdilər ki, rəqabət qabiliyyətini gücləndirən amil ola bilər. Lakin tədqiqatlar göstərir ki, devalvasiyadan sonra daha yüksək inflyasiya baş verəcək ki, bu da ölkədə rəqabət qabiliyyətini aşağı salacaq", - o deyib.

Abdullayevin sözlərinə görə, hazırda Azərbaycan üçün rəqabət qabiliyyətinin ən yekun göstəricisi manatın ölkənin xarici tərəfdaşlarının valyutasına olan real-effektiv məzənnəsidir.

"Hazırda bu göstərici ölkənin ticarət tərəfdaşlarının valyutalarına münasibətdə 6% azalıb. 2010-cu ildə də eyni göstəricini minimum bu səviyyədə saxlamaq niyyətindəyik", - baş direktor deyib.

Onun sözlərinə görə, AMB 2010-cu ildə bankların faiz dərəcələrinin azaldılmasına və manatın stabilliyinin saxlanmasına yönəlmiş siyasət yürüdəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti