...

Bu gün Tbilisidə iqtisadi əməkdaşlıq üzrə Gürcüstan-ABŞ danışıqları keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2010 11:16 (UTC +04:00)
Fevralın 25-də Tbilisidə Gürcüstan-Amerika işçi qrupunun görüşü keçiriləcək. Görüş ötən ilin yanvarında imzalanmış ABŞ və Gürcüstan arasında strateji əməkdaşlıq haqqında Xartiya çərçivəsində baş tutacaq. Fevralın 24-26-da Gürcüstanda səfərdə olacaq ABŞ nümayəndə heyətinə ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisi Xose Fernandes rəhbərlik edəcək.
Bu gün Tbilisidə iqtisadi əməkdaşlıq üzrə Gürcüstan-ABŞ danışıqları keçiriləcək

Gürcüstan, Tbilisi, 25 fevral / Trend , müxbir N.Kirsxaliya/

Fevralın 25-də Tbilisidə Gürcüstan-Amerika işçi qrupunun görüşü keçiriləcək. Görüş ötən ilin yanvarında imzalanmış ABŞ və Gürcüstan arasında strateji əməkdaşlıq haqqında Xartiya çərçivəsində baş tutacaq.

Fevralın 24-26-da Gürcüstanda səfərdə olacaq ABŞ nümayəndə heyətinə ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisi Xose Fernandes rəhbərlik edəcək.

"İşçi qrupunun görüşündə iqtisadiyyat və biznes dair məsələləri müzakirə ediləcək. Səfər zamanı ABŞ Ticarət-Sənaye Palatasının təşkilatçısı olduğu tədbirdə ABŞ və Gürcüstan arasında enerji infrastrukturunun inkişafına dair saziş hazırlanacaq", - ABŞ-ın Tbilisidəki səfirliyinin məlumatında bildirilir.

Strateji əməkdaşlıq haqqında Xartiya çərçivəsində dörd birgə işçi qrupu yaradılıb. Qruplar dörd prioritet istiqamət üzrə fəaliyyət göstərir - demokratiya, təhlükəsilzik, iqtisadi inkişaf və xalqlar arasında münasibətlərin inkişafı məsələləri.

Gürcüstanın iştirak etdiyi digər üç qrupun görüşləri artıq keçirilib (ötən ilin oktyabr, noyabr aylarında və bu ilin yanvarında). Fevralın 25-də keçiriləcək görüşlə işçi qrupları çərçivəsində danışıqların birinci raundu başa çatacaq.

Xəbər lenti

Xəbər lenti