...

Bakı Fond Birjası əlavə emissiyalar vasitəsilə səhmdarların sıyahısını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2010 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart / Trend /

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Bakı Fond Birjasının (BFB) hər birinin nominal dəyəri 200 manat olan 300 ədəd adi sənədsiz adlı səhmlərini qeydiyyata alıb. Bu barədə QKDK-nın çərşənbə axşamı yayılan məlumatında deyilir.

"Yerləşdirmə qapalı yerləşdirmə üsulu ilə aparılacaq", - məlumatda deyilir.

Səhmlərin yerləşdirilməsi nəticəsində BFB-nin nizamnamə kapitalı 60 min manatdan 1,2 milyon manatadək artacaq. Bakı Fond Birjasının nizamnamə kapitalının artırılması barədə qərar Xalq Kapitalın birjanın səhmdarlarına daxil olmağa dair müraciəti əsasında qəbul edilib.

Fevralın 5-də BFB-nin növbəti ümumi toplantısında birjanın aktivləri hesabına əlavə emissiyaların həyata keçirilməsi barədə qərar qəbul edilib.

Hazırda BFB-nin 1,14 milyon manat nizamnamə kapitalı sayəsində 18 səhmdarı var.

Martın 9-na olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti