...

Azərbaycan regionlarındakı sellər "Azərbaycan Dəmir Yolları" QSC-nin işinə təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2010 15:23 (UTC +04:00)
Bir neçə gün ərzində Azərbaycan regionlarında yağan güclü yağış və qar nəticəsində yaranmış daşqınlar dəmiryol nəqliyyatının işinə heç bir təsir göstərməyib.
Azərbaycan regionlarındakı sellər "Azərbaycan Dəmir Yolları" QSC-nin işinə təsir etməyib

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir E.İsmayılov/

Bir neçə gün ərzində Azərbaycan regionlarında yağan güclü yağış və qar nəticəsində yaranmış daşqınlar dəmiryol nəqliyyatının işinə heç bir təsir göstərməyib. Bu barədə çərşənbə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

"Təbii fəlakət bizim işimizə heç bir təsir göstərməyib", - Əzməmmədov deyib.

Onun sözlərinə görə, ölkənin müxtəlif rayonlarında yağan leysan yağışlar və pis hava şəraiti nəticəsində əmələ gələn torpaq sürüşmələri dəmiryol qatarlarının hərəkət qrafikinə təsir etməyib.

Güclü leysan yağışları Quba, Zərdab, Neftçala, Salyan, Şirvan və Azərbaycanın digər rayonlarınlarında sel daşqınlarının əmələ gəlməsinə gətirib çıxarıb. Bir neçə ev su altında qalıb, bəzi evlər sürüşmə nəticəsində dağılıb.

Xəbər lenti

Xəbər lenti