...

Azərbaycanda qeyri-sağlam rəqabət faktının qarşısı alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2010 15:56 (UTC +04:00)
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti "Unikal" müəssisəsinə qarşı qeyri-sağlam rəqabət faktı ilə əlaqədar olaraq cinayət işi qaldırıb.
Azərbaycanda qeyri-sağlam rəqabət faktının qarşısı alınıb

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti "Unikal" müəssisəsinə qarşı qeyri-sağlam rəqabət faktı ilə əlaqədar olaraq cinayət işi qaldırıb. Nazirliyin məlumatında deyildiyi kimi, cinayət işi biskvit məhsullarının üzərində ("Bəhrə" markalı kekslər və peçenyelər) normativ-texniki tələbləri aşan istifadə müddətinin göstərilməsi ilə əlaqədar açılıb.

Müəssisə Bakının Səbail rayonunda yerləşir, onun sahibi Hikmət Hüseynovdur. Cinayət işi Hüseynova qarşı antiinhisar qanunvericiliyin tələblərinin pozulması faktı ilə əlaqədar açılıb.

Sahibkara qarşı "Qeyri-sağlam rəqabət haqqında" qanunun tələblərinin pozulması ilə əlqədar olaraq 13,4 min manat həcmində sanksiya tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti