...

MBASK sığorta şirkətində səhmdarların dəyişməsi baş verdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2010 14:03 (UTC +04:00)
Yerinə yetirilən tranzaksiyalar nəticəsində, şirkətin səhmdarlarının strukturu dəyişib.
MBASK sığorta şirkətində səhmdarların dəyişməsi baş verdi

MBASK şirkətinin səhmdarları arasında qarşılıqlı razılığa görə, şirkətin Natella Mikuçadzeyə, Cəmil Məlikova və "Unibank" KB-yə məxsus səhmləri MBASK şirkətinin əsas səhmdarı Eldar Qəribov tərəfindən satın alınıb.

Yerinə yetirilən tranzaksiyalar nəticəsində, şirkətin səhmdarlarının strukturu dəyişmiş və hazırda qiymətli kağız sahiblərinin siyahıları sistemindən çıxarışa əsasən, şirkətin səhmdarları kimi Eldar Qəribov (səhmlərin 70%-i) və Avropa Yenidənqurma və İnkişaf Bankı (səhmlərin 30%-i) çıxış edirlər; bu, AZ 1001003693 saylı ISIN kodla təsdiq edilir.

MBASK SŞ səhmdarlarının dəyişməsi şirkətin strategiyasına və operativ işinə əhəmiyyətli dəyişikliklər gətirməyəcək. Əvvəlki kimi, onun fəaliyyətinin başlıca prioriteti bazarda aparıcı mövqelərin qorunub-saxlanılması, müştərilərə xidmət göstərilməsinin yüksək səviyyəsinin formalaşdırılması və keyfiyyətli sığorta məhsullarının və xidmətləriniin satışına kompleks yanaşmadır.

Xatırladaq ki, bu gün üçün MBASK şirkətinin nizamnamə kapitalı 5 730 000 AZN təşkil edir.

Xəbər lenti

Xəbər lenti