Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir N.İsmayılova/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Golden Graal" adlı 8,5 min litr limonad, nektar, şirə və qazlı suların, habelə mənşəyi bəlli olmayan 0,5 min litr saxta qazsız suların məhv edilməsi barədə göstəriş verib. Bu barədə nazirliyin çərşənbə günü yayılan məlumatında deyilir.
Qeyd olunan göstərişin icrası ilə əlaqədar, 9 min litr limonad, nektar, şirə və qazlı sular Dövlət Xidməti əməkdaşlarının nəzarəti ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.
Dövlət Xidməti "Golden Graal" şirkəti tərəfindən antiinhisar qanunvericiliyinin pozulması faktı ilə bağlı araşdırmanı davam etdirir.