Azərbaycan, Bakı, 27 avqust /Trend/
Bakı vaxtı ilə saat 14:00-da yola düşməli olan "Bakı-Naxçıvan" reysi 15:45-dək yubanır. Bu barədə cümə günü "AZAL" QSC-dən bildiriblər.
QSC-dən bildirdiklərinə görə, texniki səbəblərə görə "ATR-72-200" təyyarəsi ATR markalı digər hava gəmisi ilə əvəzlənəcək və bundan sonra sərnişinlər Naxçıvana yola düşə biləcəklər.