...

"Kövsər Bank" kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2010 17:02 (UTC +04:00)
Sentyabrın 20-də "Kövsər Bank" ASC ümumi məbləği 2 milyon manat olan adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlayıb.
"Kövsər Bank" kapitalını artırır

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Sentyabrın 20-də "Kövsər Bank" ASC ümumi məbləği 2 milyon manat olan adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlayıb. Bu barədə Bakı Fond Birjasının bazr ertəsi yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 200 manat olan 10 min səhm buraxılıb. İstiqrazların tədavül müddəti 365 gündür. Yerləşdirmənin anderrayteri qismində "Standard Capital" MMC çıxış edir.

Bu emissiyayadək bankın nizamnamə kapitalı 10,6 milyon manat təşkil edib.

Bank 2001-ci ilin sentyabrında "Kövsər Bank" adı altında (əvvəllər "Universal Bank" adlanıb) Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Yeni adla "Kövsər Bank" lisenziyanı 2002-ci ilin oktyabrında alıb. Bank digər xidmət növləri ilə əvəz edilən kreditlərin verilməsi və depozitlərin cəlb edilməsindən başqa, "islam bankçılığında" tətbiq edilən bank xidmətlərinin demək olar bütün növləri üzrə (kassa xidməti, pul köçürtmələri, plastik kartlarla iş) fəaliyyət göstərir.

"Kövsər Bank" Azərbaycanda "islam bankçılığı" prinsipləri ilə fəaliyyət göstərən yeganə bankdır.

Sentyabrın 20-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti