Azərbaycan, Bakı, 29 sentyabr /Trend/
Bu gün plastik kartlar bütün dünya üzrə, o cümlədən, Azərbaycanda bir çox ticarət məntəqələrində, istirahət, əyləncə, xidmət müəssisələrində və İnternet məkanda alış-veriş zamanı ödənişləri həyata keçirmək, həmçinin, nağd vəsait əldə etmək üçün geniş istifadə olunur. Rahat, etibarlı və universal istifadə vasitəsi kimi bu kartlar on milyonlarla insanın gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilərək, nağd puldan istifadənin yerini tamamilə alıb.
Öz növbəsində, "Bank of Baku" ASC müştərilər arasında plastik kartlara artan populyarlıq və tələbatı nəzərə alaraq, kartların illik xidmət haqqını azaldıb. Yeni tariflərlə yanaşı, müştərilərinin rahatlığı və müştəri məmnuniyyətinin artırılması məqsədi ilə bank bu məhsulla bağlı daha bir üstünlük təklif edir - kartlar üzrə olan sığorta məbləğinə tələb tam olaraq ləğv edilib.
Beləliklə, indi güzəşt kampaniyası çərçivəsində 31 dekabr 2010-cu il tarixinədək "Bank of Baku"dan plastik kartları daha sərfəli şərtlərlə əldə etmək olar: "Maestro / Visa Electron" kartları üçün cəmi 7 AZN, "MC Standard / Visa Classic" üçün 8 AZN xidməthaqqı nəzərdə tutulub; digər plastik kart tarifləri də müvafiq olaraq azaldılıb. Bundan başqa, "Bank of Baku" "MC Gold / Visa Gold və MC Standard / Visa Classic" kartlarında depozit məbləğinin saxlanılması üçün mövcud sığorta məbləğinin də tam götürülməsinə qərar verib (əvvəl bu kartlar üzrə sığorta məbləği 200 AZN/USD/EUR və 100 AZN/USD/EUR təşkil edirdi). Bankın təqdim etdiyi "MC Gold / Visa Gold" kartlarının sahibləri daha bir üstünlükdən faydalana bilərlər: onlara birillik "İnternet Bankçılıq" və altıaylıq "SMS Bankçılıq" xidməti hədiyyə olunur. Digər kart istifadəçiləri isə arzu edərlərsə, əlavə olaraq bu xidmətdən yararlana bilərlər.
Xatırladaq ki, hazırda "Bank of Baku" müştərilərinə "MC Gold / Visa Gold", "MC Standard / Visa Classic", "MC Unembossed", "Maestro / Visa Electron, Visa Deposit Card" və "MC Virtual" plastik kartları təklif edir. "Bank of Baku"nun plastik kartları haqqında daha ətraflı bankın www.bankofbaku.com veb-saytında və ya "Məlumat Mərkəzi - 145" nömrəsi vasitəsilə öyrənmək olar.