...

AIMROC Çovdar mədənində yolun layihələndirilməsi, tikintisi və abadlaşdırılmasına tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2010 20:05 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Dağ-Mədən Ehtiyatları üzrə Əməliyyat Şirkəti (AIMROC) Daşkəsən rayonu ərazisində Çovdar mədəninin cənub (qısa) yolunun layihələndirilməsi, tikintisi və abadlaşdırılmasına dair tender elan edib.
AIMROC Çovdar mədənində yolun layihələndirilməsi, tikintisi və abadlaşdırılmasına tender elan edib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Azərbaycan Beynəlxalq Dağ-Mədən Ehtiyatları üzrə Əməliyyat Şirkəti (AIMROC) Daşkəsən rayonu ərazisində Çovdar mədəninin cənub (qısa) yolunun layihələndirilməsi, tikintisi və abadlaşdırılmasına dair tender elan edib. Bu barədə şirkətin çərşənbə axşamı rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.

Təsərrüfat yolunun uzunluğu 14 km təşkil edir. Layihə Çovdar və Gəncə müqavilə sahəsi arasında nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təminatı məqsədini güdür.

İlkin qiymətləndirmə üçün iddiaçılar müsabiqədə iştirak üçün yazılı müraciəti, şirkətin son il üçün maliyyə durumu haqqında hesabatı, texniki uyğunluq haqqında sertifikatı, indiyə kimi fəaliyyətin təcrübəsini əks edən informasiyanı, qanunvericilik çərçivəsində tələb edilən icazə və lisenziyaları təqdim etməlidirlər.

İştirakçılar oktyabrın 15-i saat 17:00-dək aşağıdakı ünvanda sənədləri təqdim etməlidirlər:

Bakı şəh., AZ 1039, Azadlıq prospekti, 48 A

tel.: 012 561 90 38,

faks: 012 561 93 89.

Məsul şəxslər:

Namiq İbadov ([email protected])

Mark Buve ([email protected])

Tender təkliflərinin son təqdim edilmə müddəti oktyabrın 10-u saat 16:00-dəkdir.

"Azerbaijan International Mineral Resources Operating Co. Ltd"dən (AIMROC) Qaradağ, Çovdar, Göydağ və Dağkəsəmən filizli sahələrin işlənməsi layihələrinin reallaşdırması nəticəsində 30 faiz gəlirin alınması gözlənilir. Onlardan ancaq son yataqda 200-dan 1000 kiloqrama qədər qızıl ola bilər ki, onun da çıxarılması çətin texnoloji avadanlığın olmasını tələb etmir.

Xəbər lenti

Xəbər lenti