...

Azərbaycan və Monqolustanın gömrük orqanları əməkdaşlıq istiqamətlərini müəyyənləşdiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2010 13:48 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev və Monqolustanın Baş Gömrük İdarəsinin rəhbəri Derje Tseveyenjav Bakıda gömrük sahəsində peşəkar kadrların hazırlanması və ixtisasartırma sahəsində əməkdaşlıq barədə protokol imzalayıblar.
Azərbaycan və Monqolustanın gömrük orqanları əməkdaşlıq istiqamətlərini müəyyənləşdiriblər

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev və Monqolustanın Baş Gömrük İdarəsinin rəhbəri Derje Tseveyenjav Bakıda gömrük sahəsində peşəkar kadrların hazırlanması və ixtisasartırma sahəsində əməkdaşlıq barədə protokol imzalayıblar. Bu barədə şənbə günü DGK-nın mətbuat orqanında dərc olunmuş materialda deyilir.

İki ölkənin gömrük orqanı rəhbərlərinin Bakıda keçirilən görüşü zamanı Əliyev Azərbaycanın bir çox sahələrdə, o cümlədən gömrük sahəsində Monqolustanla sıx əməkdaşlığa marağını qeyd edib.

"Bu protokol ölkələrimiz arasında gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinə stimul verəcək və ölkələr arasında qarşılıqlı inteqrasiyanı sürətləndirəcək", - Əliyev deyib.

Derje Tseveyenjav da Azərbaycan və Monqolustanın gömrük orqanları arasında əməkdaşlığı müsbət qiymətləndirib və bu əməkdaşlığın inkişafında mövcud potensialdan maksimum istifadənin vacibliyini qeyd edib.

Monqolustanın Baş Gömrük İdarəsinin rəhbəri Bakıya səfəri zamanı DGK-nın Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinə və Kinoloji Mərkəzinə, Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris Mərkəzinə baş çəkib.

Xəbər lenti

Xəbər lenti