...

Azərbaycan Nəqliyyat Nazirliyi BMT-nin Ticarət və İnkişaf Konfransı çərçivəsində iclasda iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2010 18:39 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi BMT-nin Ticarət və İnkişaf Konfransı çərçivəsində "Nəqliyyat və ticarətin asanlaşdırılması: nəqliyyat və ticarətin asanlaşdırılmasına təsir edən təhdidlər və son inkişaflar" mövzusunda ekspert qrupunun iclasında iştirak edəcək.
Azərbaycan Nəqliyyat Nazirliyi BMT-nin Ticarət və İnkişaf Konfransı çərçivəsində iclasda iştirak edəcək

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Azərbaycan Nəqliyyat Nazirliyi BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) çərçivəsində "Nəqliyyat və ticarətin asanlaşdırılması: nəqliyyat və ticarətin asanlaşdırılmasına təsir edən təhdidlər və son inkişaflar" mövzusunda ekspert qrupunun iclasında iştirak edəcək. Bu barədə bazar ertəsi nazirliyin məlumatında deyilir.

Tədbir dekabrın 8-10-da Cenevrədə keçiriləcək.

Dünyada nəqliyyat və ticarətin ən aktual məsələlərinin müzakirəsi nəzərdə tutulan bu tədbirdə Nəqliyyat Nazirliyini Beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Fərid Vəliyev təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti