...

Beynəlxalq Sığorta Şirkəti "İlin sığorta şirkəti" seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2010 15:42 (UTC +04:00)
Beynəlxalq Sığorta Şirkəti (BSŞ) "İlin siğorta şirkəti" nominasiyasında "Azeri Business Award" mükafatına layiq görülüb.
Beynəlxalq Sığorta Şirkəti "İlin sığorta şirkəti" seçilib

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Beynəlxalq Sığorta Şirkəti (BSŞ) "İlin siğorta şirkəti" nominasiyasında "Azeri Business Award" mükafatına layiq görülüb. Bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Mükafat 2010-cu il dekabrın 4-də "Buta Palace" sarayında təqdim olunub.

"Azeri Business Award" mükafatının təsisçisi Azərbaycanda aparıcı "Business Time" jurnalıdır. Mükafat milli biznesin yeni simasını formalaşdıran Azərbaycan bazarının daha parlaq və dinamik oyunçusuna təqdim olunur. Qalibin müəyyən edilməsində əsas amil biznes nominantının artım tempidir. Mükafat 40 nominasiya üzrə təqdim olunur.

Təqdimetmə mərasimində çıxış edən BSŞ-nin Biznesin inkişafı departamentinin direktoru, idarə heyətinin üzvü Elşad Əliyev səkkizillik fəaliyyəti dövründə şirkətin uğurları barədə danışıb.

Əliyev tədbirdə BSŞ-nin daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətləri göstərilməsi istiqamətində çalışdığını, şirkətin iş praktikasını, idarəetmə üsullarını, strukturunu və xidmət səviyyəsini mütəmadi təkmilləşdirərək, götürmüş olduğu öhdəlikləri tam şəkildə yerinə yetirilməklə özünün maliyyə stabilliyini və rəqabət üstünlüyünü nümayiş etdirməsini xüsusi vurğulayıb.

Qeyd etmək lazımdır ki, bu mükafat 2010-cu il ərzində Beynəlxalq Sığorta Şirkətinin "Azərbaycanın sığorta bazarında yeniliklərin tətbiqinə görə" "Uğur" Milli mükafatı, "Sığorta sisteminin təkmilləşdirilməsi" nominasiyası üzrə "Qızıl Buta" mükafatı və Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəliyinin RF-nin Azərbaycandakı səfirliyi ilə birgə təsis etdiyi "Proqress" mükafatından sonra layiq görüldüyü dördüncü mükafatdır. Ümumilikdə isə şirkət fəaliyyət dövrü ərzində dəfələrlə müxtəlif nominasiyalar üzrə "İlin şirkəti" mükafatlarına layiq görülüb.

2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş, 27 oktyabr 2009-cu ildə ən böyük Beynəlxalq reytinq agentliklərindən biri olan "Moody's Investors Service" agentliyi tərəfindən "B2" səviyyəsində, "sabit" reytinq proqnozlu maliyyə sabitliyi reytinqi (insurance financial strength rating, IFSR) almış Beynəlxalq Sığorta Şirkəti hazırda müştərilərinə 37 sığorta növü üzrə xidmətlər göstərir.

Xəbər lenti

Xəbər lenti