...

Beynəlxalq Sığorta Şirkəti sığorta polislərinin "online" satış sistemini təkmilləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2010 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan Beynəlxalq Sığorta Şirkəti respublikanın sığorta bazarında qabaqcıl texnalogiyaların tətbiqinin pioneri olaraq, müştərilərinin rahatlığının təmin edilməsi məqsədi ilə bu istiqamətdə apardığı işləri davam etdirir. Bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

Respublikada ilk dəfə olaraq 2009-cu ilin may ayında səyahət sığortası şəhadətnamələrinin internet vasitəsi ilə satışını təşkil edən şirkət, müştərilərin vaxt məhdudiyyətlərini nəzərə alaraq, bu dəfə "online" rejimdə avtomobil vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnamələrinin əldə edilməsi şəraitini yaratmışdır.

İndi müştərilər /iic.az/ saytına daxil olaraq, səyahət sığortası ilə yanaşı avtomobil vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığörtasını əldə edə bilərlər. Bunun üçün müştəri /iic.az/ saytına daxil olduqdan sonra, sığorta növünü seçməli və "online" ərizə formasını dolduraraq, öz plastik kartı (maaş, depozit və ya kredit kartları) vasitəsilə tələb olunan məbləği ödəməlidir. Bütün prosedurlar həyata keçirildikdən sonra, sığorta şəhadətnaməsi şirkətin əməkdaşları tərəfindən onun "online" ərizə formasında göstərdiyi ünvana çatdırılır.

Şirkətdən bildirilir ki, sığorta şəhadətnamələrinin onlayn satışı Azərbaycanda aparıcı prosessinq operatoru olan AZERICARD şirkəti ilə birgə hazırlanmışdır. Qeyd etmək lazımdır ki, sıx əməkdaşlıq edən şirkətlərin birgə layihələri sırasına 2008-ci ildən etibarən sığorta haqlarının bankomatlar vasitəsilə ödənilməsi proqramı da daxildir. Hazırda fəaliyyət göstərən bu proqrama əsasən müştərilər sığorta haqqlarının hissəli ödənişlərini bankomatlar vasitəsi ilə də hayata keçirə bilirlər.

2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş, 27 oktyabr 2009-cu ildə ən böyük Beynəlxalq reytinq agentliklərindən biri "Moody's Investors Service" agentliyi tərəfindən "B2" səviyyəsində, "sabit" reytinq proqnozlu maliyyə sabitliyi reytinqi (insurance financial strength rating, IFSR) almış Beynəlxalq Sığorta Şirkəti hazırda müştərilərinə 37 sığorta növü üzrə xidmətlər göstərir.

Xəbər lenti

Xəbər lenti