...

Abşeron rayonunun sahibkarlarına 744 min manat güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2010 19:56 (UTC +04:00)
Cümə günü Azərbayacn İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Abşeron və ətraf rayonların sahibkarlarına 744 min manat məbləğində güzəştli kredit verilib.
Abşeron rayonunun sahibkarlarına 744 min manat güzəştli kredit verilib

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir N.İsmayılova/

Cümə günü Azərbayacn İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Abşeron və ətraf rayonların sahibkarlarına 744 min manat məbləğində güzəştli kredit verilib. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

"Bu kreditlər hesabına 40-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur", - məlumatda bildirilir.

Tədbir çərçivəsində iştirakçılar illik istehsal gücü 7,9 milyon ədəd əmtəəlik yumurta olan "Tənn" MMC-nin fəaliyyətinə və "Delta Qrup C.O." MMC-nin inşa etdirdiyi tutumu 4 min ton olan müasir soyuducu anbar kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

Cümə günü SKMF Sumqayıt şəhərində 200-ə yaxın sahibkarın iştirakı ilə növbəti tədbir keçirib. Tədbir çərçivəsində Sumqayıt şəhərində layihələrin güzəştli maliyyələşdirilməsi üçün prioritet sahələr müəyyən edilib.

Ümumilikdə Fond 2010-cu ilin ötən dövründə 1420 sahibkara 114,9 milyon manat məbləğində güzəştli kreditlər verib. Verilmiş kreditlərin 99,8 faizi regionların payına düşür. Bu kreditlər hesabına 5600-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti