...

Azərbaycan, Rusiya və İran dəmiryol nəqliyyatı sahəsində bir sıra sənədlər imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2011 14:04 (UTC +04:00)
Azərbaycan, Rusiya və İranın nəqliyyat administrasiyalarının nümayəndələri Şimal-Cənub nəqliyyat dəhlizi və dəmir yollarının inkişafı layihəsi çərçivəsindəki iclasda əməkdaşlıq haqqında üç sənəd imzalayıblar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi IRINN xəbər telekanalının rəsmi İnternet saytında məlumat verilib.
Azərbaycan, Rusiya və İran dəmiryol nəqliyyatı sahəsində bir sıra sənədlər imzalayıb

Аzərbaycan, Bakı, 8 fevral /Trend, müxbirlər T.Cəfərov, E.İsmayılov/

Azərbaycan, Rusiya və İranın nəqliyyat administrasiyalarının nümayəndələri Şimal-Cənub nəqliyyat dəhlizi və dəmir yollarının inkişafı layihəsi çərçivəsindəki iclasda əməkdaşlıq haqqında üç sənəd imzalayıblar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi IRINN xəbər telekanalının rəsmi İnternet saytında məlumat verilib.

Sənədlər üç ölkənin dəmiryol idarələri rəhbərlərinin danışıqlarının nəticəsində imzalanıb. Sənədlərdən biri üçtərəfli, digərləri Azərbaycanla İran və İranla Rusiya arasında imzalanıb.

Üçtərəfli razılaşma cənub nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması prosesinin sürətləndirilməsini nəzərdə tutur. İranla Rusiya arasındakı saziş isə dəmir yollarının tikintisi və texniki təchizatı sahəsində əməkdaşlığı, eləcə də Tehran - Bəndər Abbas dəmir yolunun elektrikləşdirilməsini əhatə edir. Öz növbəsində, İranla Azərbaycan arasındakı razılaşma dəmir yolu layihələrinin həyata keçirilməsində əməkdaşlığı nəzərdə tutur.

İranın Dəmiryol İdarəsinin rəhbəri Əbdüləli Sahib Məhəmmədi mərasimin sonunda bəyan edib ki, tərəflər Qəzvin - Rəşt - Astara dəmir yolunun tikintisi layihəsinin reallaşdırılmasında birgə çalışacaqlar. O, həm də qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi mühüm nəqliyyat layihələrindən biridir və onun rolunun dəmiryol nəqliyyatının inkişafı nöqteyi-nəzərindən xüsusilə qeyd etmək lazımdır.

Məhəmmədinin sözlərinə görə, hazırda Şimal-Cənub marşrutu üzrə yüklərin daşınması dəniz vasitəsilə həyata keçirilir ki, bu proses 45 günədək uzanır. Lakin dəmir yolunun tikintisindən sonra bu zaman kəsiyi 25 günədək qısala bilər. Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu, Avropa ölkələri ilə münasibətlərin inkişafı prosesini sürətləndirir və yüklərin daşınması zamanı 30 faizlik qənaətə nail olmağa imkan verir.

Qəzvin - Rəşt - Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu Şimal-Cənub nəqliyyat dəhlizinin əsas tərkib hissəsidir.

Azərbaycan ərazisində işlərin həcmi Astara (Azərbaycan) stansiyasına qədər 8,5 kilometrə yaxın dəmiryol xəttinin, təkərlərin dəyişdirilməsi üçün sistem stansiyalarının, sərhəd və gömrük infrastrukturunun tikintisini nəzərdə tutur. Sərhəd dəmiryol körpüsünü də tikmək lazımdır, lakin bu layihə İranla paritet əsasda həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti