...

Azərbaycanın sosial-iqtisadi siyasəti ölkənin davamlı iqtisadi inkişafını təmin edir - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2011 14:53 (UTC +04:00)
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət ölkənin davamlı iqtisadi inkişafını təmin edir.
Azərbaycanın sosial-iqtisadi siyasəti ölkənin davamlı iqtisadi inkişafını təmin edir - nazir müavini

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət ölkənin davamlı iqtisadi inkişafını təmin edir. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda "Azərbaycanın milli iqtisadiyyatının modernləşdirilməsi: nailiyyətlər və perspektivlər" adlı elmi-praktiki konfrans zamanı ölkənin iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov deyib.

"Bu, makroiqtisadi inkişaf, regionların inkişafı, investisiya həcminin və mal dövriyyəsinin artımı üzrə statistik məlumatlarda açıq-aydın görünür", - Səfərov qeyd edib.

Onun sözlərinə görə, hazırda əsas vəzifələrdən biri ölkə iqtisadiyyatının şaxələndirilməsi və onun davamlı inkişafının dəstəklənməsidir. İqtisadiyyatın modernləşdirilməsi aktual məsələlərdən biridir. Bu istiqamətdə işlər aparılır və müzakirələrin aparılması üçün bütün imkanlar var.

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun
direktoru Vilayət Vəliyevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları artır, bundan başqa, son illər daxili investisiyaların artımı müşahidə edilir.

"Bu, o deməkdir ki, ölkəyə daha çox müasir texnologiyalar gətirilir və bizim sahibkarlar onların tətbiqinə başlayıblar. Bu, yerli istehsalın innovasiyalılığını artırır", - Vəliyev vurğulayıb.

Onun fikrincə, hazırda ölkədə insani kapitalın inkişafı da çox aktualdır. Hökumət bu istiqamətdə ciddi tədbirlər görür, lazımi normativ-hüquqi baza, infrastuktur yaradılır.

"Əsas məsələ sahibkarlar və elmi-praktik institutlar arasında əməkdaşlıqdır. Odur ki, bu münasibətlərin qurulması üçün müxtəlif tədbirlərin keçirilməsi vacibdir", - Vəliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti