...

Azərbaycanda iri ticarət mərkəzlərində vergi terminalları yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2011 20:05 (UTC +04:00)
Sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərin məlumatlandırılması, onlara vergi qanunvericiliyinin tətbiqi ilə bağlı izahatların verilməsi məqsədilə Bakı şəhərinin ən böyük ticarət mərkəzlərindən olan "Sədərək" və "ArazAvia" firmalarına məxsus ticarət mərkəzlərində Bakı şəhər Vergilər Departamentinin vergiödəyicilərə xidmət terminalları açılıb.
Azərbaycanda iri ticarət mərkəzlərində vergi terminalları yaradılıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir N.İsmayılova/

Sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərin məlumatlandırılması, onlara vergi qanunvericiliyinin tətbiqi ilə bağlı izahatların verilməsi məqsədilə Bakı şəhərinin ən böyük ticarət mərkəzlərindən olan "Sədərək" və "ArazAvia" firmalarına məxsus ticarət mərkəzlərində Bakı şəhər Vergilər Departamentinin vergiödəyicilərə xidmət terminalları açılıb. Trend-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergiödəyicilərə müvafiq xidmətlərin göstərilməsi məqsədilə terminallar bütün zəruri avadanlıqlarla təchiz olunub, eləcə də Bakı şəhər Vergilər Departamentinin bir qrup əməkdaşı bu terminallara cəlb edilib.

Son bir ay ərzində terminallara 900-ə yaxın vergiödəyici müxtəlifməzmunlu məsələlərlə bağlı müraciət edib və vergi xidməti əməkdaşları tərəfindən onlara lazımi kömək göstərilib.

Müraciət edənlərin 700-ə yaxını vergiödəyici kimi uçota alınaraq onlara VÖEN verilib.

Xəbər lenti

Xəbər lenti