...

"AtaBank" ASC yeni "Bill Pay" sistemini təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2011 17:18 (UTC +04:00)
Trend-in məlumatına görə, bu sistem ilə bankın kart sahibləri internet vasitəsilə kommunal ödənişləri və bir sıra xidmət haqlarını ödəyə biləcəklər.
"AtaBank" ASC yeni "Bill Pay" sistemini təqdim edib

Azərbaycan, Bakı, 21 aprel /Trend/

"AtaBank" ASC bu günlərdə "Golden Pay" şirkəti ilə birlikdə yeni "Bill Pay" sistemini təqdim edib. Bu barədə cümə axşamı bankın məlumatında deyilir.

Trend-in məlumatına görə, bu sistem ilə bankın kart sahibləri internet vasitəsilə kommunal ödənişləri və bir sıra xidmət haqlarını ödəyə biləcəklər.

Hazırda yeni "Bill Pay" sistemi vasitəsilə 40-a yaxın şirkətin xidmət haqlarını ödəmək mümkündür və bu şirkətlərin siyahısı daim artmaqdadır. Bunlar arasında respublikamızın aparıcı mobil rabitə operatorları, stasionar telefonlar, internet provayderləri və s. şirkətlər var.

"Bill Pay" sistemindən istifadə etmək üçün kart sahiblərinin "AtaBank" ASC-nin rəsmi internet saytında qeydiyyatdan keçib (http://atabank.com/index.php - "onlayn ödəmə") öz şəxsi kabinetini yaratmaları tələb olunur. Ödənişlərin "Bill Pay" vasitəsilə həyata keçirilməsinin və şəxsi kabinetin yaradılmasının bir çox üstünlükləri var. Belə ki, ödənişlər hər hansı komisyon haqqı ödənilmədən, dərhal onlayn rejimində həyata keçirilir. Günün 24 saatı, həftənin 7 günü ərzində ödəniş etmək mümkündür. Bundan əlavə, hər ödənilmiş 1 manat məbləğinə görə kart istifadəçisi 100 bonus xal qazanır. Sonradan bu kart istifadəçiləri müxtəlif kampaniyalarda iştirak edəcəklər. Kart istifadəçisi bütün aparılmış ödənişlər haqqında da məlumatı istənilən vaxt şəxsi kabinetindən ala bilər.

Növbəti mərhələdə "Bill Pay" sistemi gələcəkdə bankda tətbiq ediləcək "Internet-banking" sisteminə qoşulacaq. Nəticədə müştərilər öz cari hesabları vasitəsilə kommunal ödənişlərin həyata keçirilməsi imkanını da qazanacaqlar.

"AtaBank" ASC-nin kart istifadəçisi olmayan müştəriləri isə kommunal ödənişlərin həyata keçirilməsi məqsədilə "AtaBank" ASC-nin istənilən filial və ya şöbələrinə müraciət edə bilərlər. Bankın filial və şöbələrində kommunal ödənişlərin nağd şəkildə aparılması üçün yeni "Agent Pay" sistemi artıq tətbiq edilib və müvəffəqiyyətlə fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti