...

Bank of Baku "Otoplaza" filialının 5 yaşını qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2011 20:34 (UTC +04:00)
Bank of Baku-nun "Otoplaza" filialı 2011-ci ildə fəaliyyətinin 5 ilini qeyd edir.
Bank of Baku "Otoplaza" filialının 5 yaşını qeyd edir

Azərbaycan, Bakı, 20 may /Trend/

Bank of Baku-nun "Otoplaza" filialı 2011-ci ildə fəaliyyətinin 5 ilini qeyd edir. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

"Otoplaza" filialı 15 may 2006-cı ildə yaradılıb və ilk gündən etibarən bu günə kimi müştərilərinə bütün növ bank xidmətlərini təqdim edir. Bununla yanaşı, filialın direktoru Elnur Rüstəmovun sözlərinə görə, "Otoplaza" əsasən avtokreditlərin verilməsində ixtisaslaşır. "Filiallar arasında bu cür xidmət bölməsi yoxdur. 2006-cı ildə filialın açılışından 2 həftə sonra biz ilk krediti rəsmiləşdirdik və gündəlik verilən kreditlərimizin sayını artırmaqda davam edirik", - o deyib.

Direktorun sözlərinə görə, müştərilərin və tərəfdaşların maraqları filial üçün ön sıradadır. "Beşillik fəaliyyətimiz ərzində biz böyük məmnuniyyətlə müştərilərimizə və strateji tərəfdaşlara yüksək səviyyədə xidmət göstəririk. Qeyd etmək istərdim ki, 2010-cu ilin yayından etibarən biz Bank of Baku-nun iri strateji tərəfdaşlarından birinin say baxımından ən çox mebel kreditini verən filial olmuşuq. İşçilərimizin sayı cəmi 5 nəfərdir və fikrimcə, bizim üstünlüyümüz "Otoplaza" filialının şəhərin mərkəzindən bir az kənarda, Bakının məhz bu hissəsində yerləşməsindədir, çünki digər filiallarımızda müştəri sıxlığı daha çoxdur, insanlar isə növbədə durmaq istəmir", - Rüstəmov bildirib.

Rüstəmovun sözlərinə görə, "Otoplaza" filialının tarixində belə maraqlı və nümunəvi bir hadisə də olub ki, gün ərzində filial 30-dan yuxarı avtokredit rəsmiləşdirib. "Hesab edirəm ki, bu, rekord bir rəqəmdir. Baxmayaraq ki, avtokreditlər bankın bir çox filiallarında verilir, məbləğ baxımından ən çox kredit məxarici Bank of Baku-nun məhz "Otoplaza" filialında müşahidə olunur", - o deyib.

1 aprel 2011-ci il tarixinə olan göstəricilərə əsasən, "Otoplaza" filialının kredit portfelinin həcmi 23 milyon manata çatıb, istehlak kreditlərinə görə isə "Otioplaza" digər filiallarla müqayisədə birinci yerdədir. Direktor onu da qeyd edib ki, filial bayram günlərində də daim müştərilərinin xidmətində olur.

Hazırda Bank of Baku-da yeni markalı "Hyundai", "Jeep", "KIA", "Volkswagen", "Chevrolet" və Rusiya istehsalı olan avtomobillərin kreditləşməsi aparılır.

Filialın 5 illiyi ilə əlaqədar bütün müştərilərə şirniyyat, xidmət olunan hər 5-ci müştəriyə isə korporativ hədiyyələr təqdim olunub.

"Otoplaza" filialı Bakı şəhəri, Z.Bunyadov küç., 118 ünvanında xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti