...

Azərbaycanda keyfiyyətsiz içməli su istehsalı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2011 13:53 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulu Təpə qəsəbəsində qablaşdırılmış içməli suyun satışına qadağa qoyulub.
Azərbaycanda keyfiyyətsiz içməli su istehsalı dayandırılıb

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir A.Axundov/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulu Təpə qəsəbəsində qablaşdırılmış içməli suyun satışına qadağa qoyulub. Trend-in məlumatına görə, bu barədə Dövlət Komitəsinin bazar ertəsi yaydığı məlumatda deyilir.

"Nəzarət tədbirləri nəticəsində müəyyən olunub ki, fiziki şəxs Rüxsarə Sultanovaya məxsus müəssisədə qablaşdırılmış içməli su standartın (AZS 282-2007) tələbləri pozularaq, təsdiq olunmuş texnoloji sənəd olmadan istehsal olunur", - məlumatda deyilir.

Məlumata görə, qablaşdırılan içməli suyun üzərində heç bir əsas olmadan suyun saxlama müddəti 1 il və suyun təbii süfrə suyu olduğu göstərilib.

"Bundan başqa, müəssisənin sınaq laboratoriyasının olmadığı və içməli suyun ümumi sınaqlarının aparılmadığı müəyyən olunub. Aşkar olunan qanun pozuntuları ilə əlaqədar olaraq inzibati protokol tərtib edilib və məhsulun satışına qadağa qoyulub", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti