...

"Atəşgah Həyat" istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti ödənişini həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2011 18:04 (UTC +04:00)
"Atəşgah" Sığorta Qrupuna daxil olan "Atəşgah Həyat" Sığorta Şirkəti (SŞ) Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti sığorta ödənişini həyata keçirib.
"Atəşgah Həyat" istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti ödənişini həyata keçirib

Azərbaycan, Bakı, 1 iyul /Trend/

"Atəşgah" Sığorta Qrupuna daxil olan "Atəşgah Həyat" Sığorta Şirkəti (SŞ) Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti sığorta ödənişini həyata keçirib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

2011-ci ilin fevralında "Atəşgah Həyat" SŞ-də sığortalanmış Gəncənin iri sənaye müəssisələrindən birinin əməkdaşı (mühəndis) yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.

Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 30 min manat təşkil edib. Məbləğ faydalanan şəxslərə - həlak olmuşun həyat yoldaşı və övladlarına verilib.

Hazırda şirkət tərəfindən adıçəkilən məhsul üzrə sığorta hadisələri ilə bağlı 20-dən artıq müraciət araşdırılır.

Xatırladaq ki, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanunu 2010-ci ilin dekabrından tətbiq olunmağa başlayıb.

Qanun Azərbaycan Respublikasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətləri tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

"Atəşgah Həyat" SŞ - 2008-ci ilin dekabrında Azərbaycanda təsis edilmiş ilk həyat sığortası şirkəti, bu qanunla bağlı sığorta xidmətlərini 2010-ci ilin dekabrından təqdim etməyə başlayıb.

Şirkət həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təklif edir.

2010-cu ilin nəticələrinə əsasən "Atəşgah" SŞ, Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində şirkətin sığorta haqları 14,6 mln. manat, ödənişləri isə 5,3 mln. manat təşkil edib. Şirkət müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

İyulun 1-nə olan rəsmi məzənnə 0,7867 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti