...

Azərbaycanın "Unileasing" şirkətinin istiqrazlarına maraq artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2011 16:07 (UTC +04:00)
"Unileasing" şirkətinin istiqraz vərəqələrinin emissiyasının növbəti prospekti "Paşa Bank" ASC və "Unicapital" ASC vasitəsi ilə Bakı Fond Birjasında (BFB) yerləşdiriləcək.
Azərbaycanın "Unileasing" şirkətinin istiqrazlarına maraq artır

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Azərbaycanın lizinq bazarının lideri olan "Unileasing" şirkətinin istiqraz vərəqələrinin emissiyasının növbəti prospekti "Paşa Bank" ASC və "Unicapital" ASC vasitəsi ilə Bakı Fond Birjasında (BFB) yerləşdiriləcək. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

İyunun 23-də Azərbaycanın Qiymətli Kağızları üzrə Dövlət Komitəsi bir vahidin nominal dəyəri 1000 manat olan 5000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz vərəqəsi emissiyasının prospektini qeydə alınıb.

Qiymətli kağızların tədavül müddəti 360 gün, faiz dərəcəsi isə illik 9,5 faiz% təşkil edir. Yerləşdirmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir.

"Unicapital" ASC-nin baş direktoru Heydər İbrahimlinin sözlərinə görə, buraxılışa daxil olan bütün 5000 istiqrazın gündəlik alış-satış qiymətləri "Paşa Bank" ASC tərəfindən "Unicapital" ASC vasitəsilə təyin olunacaq.

Onun sözlərinə görə, istiqrazların birinci buraxılışının bazarda yerləşdirilməsindən sonra cəmi iki-üç həftə ərzində 3 milyon manat məbləğində istiqraz vərəqələri alınıb-satılmışdı, bu isə investorlar tərəfindən lizinq bazarının liderinin istiqraz vərəqələrinin buraxılışlarına böyük marağın olmasından xəbər verir.

24 may 2011-ci il tarixində "Unileasing" şirkətinin 5 milyon manat məbləğində istiqraz vərəqələrinin birinci emissiyası qısa müddət ərzində BFB-də "PAŞA Bank" və "Unicapital" vasitəsilə müvəffəqiyyətlə yerləşdirilmişdi.

"Unileasing" şirkəti 2004-cü ilin iyulunda yaradılıb. "Unileasing" QSC-nin təsisçiləri "UNIBANK" kommersiya bankı (66,67%) və Avropa Yenidənqurma və İnkişaf Bankıdır (33,33%). Şirkətin nizamnamə kapitalı 1,8 milyon manat təşkil edir. 1 iyun 2011-ci il tarixinə olan statistik məlumatlara əsasən, şirkət 40 milyon dollardan artıq lizinq portfeli ilə yerli lizinq bazarının lideridir.

İyulun 4-nə olan rəsmi məzənnə 0,7868 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti