...

"TBC Kredit"in kredit portfeli il ərzində 28 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2011 15:49 (UTC +04:00)
2011-ci ilin birinci yarısında "TBC Kredit"də kreditləşmənin həcmi artıb. Belə ki, 1 iyul 2011-ci il tarixinə olan göstəricilərə əsasən, şirkətin kredit portfeli ötən ilin analoji dövründə olan göstəricilərlə müqayisədə 28%, 2010-cu ilin sonuna olan göstəricilərlə müqayisədə isə 19% artıb.
"TBC Kredit"in kredit portfeli il ərzində 28 faiz artıb

Azərbaycan, Bakı, 18 iyul /Trend/

2011-ci ilin birinci yarısında "TBC Kredit"də kreditləşmənin həcmi artıb. Belə ki, 1 iyul 2011-ci il tarixinə olan göstəricilərə əsasən, şirkətin kredit portfeli ötən ilin analoji dövründə olan göstəricilərlə müqayisədə 28%, 2010-cu ilin sonuna olan göstəricilərlə müqayisədə isə 19% artıb. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Son 6 ay ərzində kredit portfeli artıb və 2500 aktiv kreditlə 23 mln. dollara çatıb.

Portfeldə 49%-lə biznes kreditləri üstünlük təşkil edir, ipoteka və istehlak kreditlərinin payı müvafiq olaraq 25% və 26%-dir. Biznes portfelin 23%-ni mikrobiznes kreditləri təşkil edir.

2011-ci ilin ən mühüm məqsədlərindən biri kreditləşmə həcminin artırılmasıdır. Beləliklə, şirkət ilin əvvəllərindən etibarən əhaliyə bütün kredit növləri üzrə daha yaxşı şərtlər təklif edib. Belə ki, girovsuz "Təcili pul" krediti üzrə məbləğ iki dəfə artırılıb, şəxsi ipoteka proqramı çərçivəsində verilən ipoteka kreditləri üzrə faiz dərəcələri 14%-ə qədər aşağı salınıb. Apreldə avtomobil kreditləri üzrə şərtlər yaxşılaşdırılıb. Kredit istənilən - yeni və ya istifadə olunmuş avtomobillərə verilir. Maksimal məbləğ 50 min manat, müddət 5 ilədək, illik faiz dərəcəsi 18%-19% təşkil edir.

Biznes kreditləri kredit portfelinin yarısını təşkil edir. Ölkədə kiçik və orta biznesin dəstəklənməsi və inkişaf etdirilməsi TBC Kreditin prioritet məqsədlərindən biridir. Bu məqsədlə də faiz dərəcəsi aşağı salınıb və orta illik 22% təşkil edib. Biznes kreditləri üzrə maksimal məbləğ 500 min manata çatır.

2011-ci ilin sonuna "TBC Kredit" kredit portfelini 30 mln. dollara qədər artırmağı planlaşdırır. Prioritet olaraq biznes layihələrinin maliyyələşdirilməsi və ipoteka kreditləşməsinin həcminin artırılması qalır.

"TBC Kredit"in biznes fəaliyyətinin sabitliyi hər şeydən əvvəl yüksək xidmət səviyyəsi ilə səciyyələnir. Şirkətin üstünlüyü müştərilərin ehtiyaclarını tam bilməsi və dərindən anlamasındadır. "TBC Kredit" bütün səylərini hər bir müştəri ilə əməkdaşlığın səmərəli və qarşılıqlı faydalı olmasına yönəldir.

"TBC Kredit" Bank Olmayan Kredit Təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkətin 75%-i Gürcüstanın aparıcı bankı olan TBC Bank-a (Gürcüstan), 25%-i isə ShoreBank International Ltd (ABŞ) şirkətinə məxsusdur.

İyulun 18-nə olan rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti