...

Azərbaycan Hindistana Biznes Şurası yaratmağı təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2011 14:09 (UTC +04:00)
Azərbaycan Hindistana iki ölkənin sahibkarları arasında əməkdaşlıq üzrə şura yaradılmasını təklif edib.
Azərbaycan Hindistana Biznes Şurası yaratmağı təklif edir

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan Hindistana iki ölkənin sahibkarları arasında əməkdaşlıq üzrə şura yaradılmasını təklif edib. Belə bir təkliflə çərşənbə günü Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "İnvestisiyaların qoyulması və Hindistanda biznesin aparılması" mövzusunda Azərbaycan-Hindistan biznes forumunun gedişində bildirib.

"Belə şuralar bizdə bir sıra ölkələrlə, məsələn, Latviya ilə fəaliyyət göstərir. Biz belə bir şuranın Hindistanla da yaradılmasının təklif edirik", - Musayev qeyd edib və Azərbaycanla işləməyi istəyən hindli sahibkarların və Hindistanla işləmək istəyən azərbaycanlı sahibkarların kataloqunu tərtib etməyi təklif edib.

"Ötən ilki forumda biz bines-forumun ilin ikinci yarısında keçirilməsi barədə razılıq əldə etmişdik. Düşünürəm ki, bu təklif qüvvədədir və biz noyabr-dekabr aylarında azərbaycanlı sahibkarların Hindistana səfərlərini təşkil edəcəyik", - Musayev bildirib.

Onun sözlərinə görə, bu forumun əsas məqsədi iki ölkə arasında iqtisadi əlaqələrin stimullaşdırılması, eləcə də hindli və azərbaycanlı sahibkarların sərmayə qoyacaqları sahələri müəyyənləşdirməkdir.

"Azərbaycanlı sahibkarlar xaricdə, əsasən Rusiyada, Moldovada, Türkiyədə sərmayələr qoyurlar və biz bu siyahıda Hindistanın da olmasını istərdik", - Musayev deyib.

Hindistanın Azərbaycandakı səfiri Debnat Şounun sözlərinə görə, Azərbaycanla Hindistan arasında münasibətlərdə yeganə çağışmayan cəhət tədricən bütün sahələrdə inkişaf edən ölkələrin bir-biri haqqında az məlumatlı olmasıdır.

"Biz bu biznes forumu bu problemin aradan qaldırılması məqsədilə keçiririk", - Şou deyib.

Onun sözlərinə görə, ötən il ölkələr arasında mal dövriyyəsi 330 milyon dollar təşkil edib, lakin artıq bu ilin ilk beş ayı ərzində bu səviyyə keçilib.

"Mal dövriyyəsinin böyük hissəsi Azərbaycandan Hindistana neft məhsullarının ixracının payına düşür. Qeyri-neft sektoru məhsullarının payına təxminən 50 milyon dollar düşür. Biz bu payı əsasən Azərbaycana ət, çay, tibbi ləvazimatlar və geyim kimi ənənəvi hind mallarının ixracı hesabına artırmaq istəyirik", - diplomat qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan da Hindistan kimi xarici investisiyalar üçün perspektivli ölkədir. "İnvestisiyaların cəlb olunması məqsədilə biz bütün MDB ölkələri ilə, o cümlədən də Azərbaycanla sıx əməkdaşlıq edirik", - Şou deyib.

Biznes forumda azərbaycanlı və hindli sahibkarlar, ASMK və ölkənin İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti