...

Azərbaycan Bank Tədris Mərkəzi sertifikatlaşdırılmış GARP mütəxəssislərinin hazırlanmasına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2011 16:52 (UTC +04:00)
Azərbaycan Bank Tədris Mərkəzi bank işçilərini GARP tərəfindən sertifikasiya olunan "Bank işində risklərin əsasları" kursunda iştiraka dəvət edir və bildirir ki, kursda yerlərin sayı məhduddur.
Azərbaycan Bank Tədris Mərkəzi sertifikatlaşdırılmış GARP mütəxəssislərinin hazırlanmasına başlayır

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) bank işçilərini GARP tərəfindən sertifikasiya olunan "Bank işində risklərin əsasları" (Foundations of Banking Risks) kursunda iştiraka dəvət edir və bildirir ki, kursda yerlərin sayı məhduddur. Trend-in məlumatına görə, bu barədə Mərkəzin bazar ertəsi yaydığı məlumatda deyilir.

Kurs Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) "Azərbaycan-Orta Asiya maliyyə infrastrukturunun təkmilləşdirilməsi" layihəsi çərçivəsində risklərin idarə edilməsi sahəsində daha geniş yayılmış beynəlxalq sertifikasiyanı həyata keçirən GARP (Global Association of Risk Progessionals-Risk Peşəkarlarının Qlobal Assosiasiyası) beynəlxalq təşkilatının ekspertləri tərəfindən aparılır.

Kurs ingilis dilindən rus dilinə tərcümə olunmaqla, 26-28 sentyabr tarixlərində saat 09:00-dan 17:00-dək ABTM-in ofisində keçirilir.

Kursun qısa məzmunu ilə ABTM-in saytında və ya GARP-ın internet səhifəsində tanış olmaq olar.

Kurs başa çatdıqdan sonra 30 sentyabr tarixində imtahan götürülür və imtahanın nəticələrinə görə GARP-ın sertifikatı təqdim olunur. Həmin sertifikat Azərbaycan Mərkəzi Bankının bankların risk menecerləri və İdarə Heyətinin risk üzrə məsul üzvü üçün tələb etdiyi sertifikatdır.

Kursun qiyməti 500 manat təşkil edir (ƏDV daxil deyil).

Xəbər lenti

Xəbər lenti