...

AZPROMO xarici investorlara təqdim etmək üçün qeyri-neft sektoru üzrə layihələri qəbul edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2011 15:41 (UTC +04:00)
AZPROMO xarici investisiyaların cəlbi üçün nəzərdə tutulmuş layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir.
AZPROMO xarici investorlara təqdim etmək üçün qeyri-neft sektoru üzrə layihələri qəbul edir

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulmuş layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir. Trend-in məlumatına görə, bu barədə AZPROMO-nun çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Sahibkarların investisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, əsasən ixracyönümlü və idxaləvəzləyici, yüksəkkeyfiyyətli, rəqabətədavamlı məhsulların istehsalını nəzərdə tutmalıdır.

AZPROMO investisiya təkliflərini birbaşa olaraq xarici investorlara və tərəfdaşlara təqdim edir.

İnvestisiya layihələri aşağıdakı məlumatları özündə əks etdirməlidir: layihənin adı və həyata keçiriləcəyi yer; layihənin məqsədi və təsviri; layihənin dəyəri və təklif olunan maliyyələşdirmə sxemi və ya pay bölgüsü; layihənin həyata keçirilmə və özünü ödəmə müddəti; layihəni həyata keçirən şirkət/benefisiar barədə məlumat (şirkətin adı, ünvanı, əlaqəli şəxsin adı, vəzifəsi və əlaqə vasitələri (mobil telefon və elektron poçt).

Sahibkarlıq subyektləri investisiya təkliflərini elektrondaşıyıcılarda və ya çap şəklində bu ünvana təqdim edə bilərlər: Bakı şəhəri, Səbail rayonu, Həsən Abdullayev küç., 11, AZ 1001, əlaqələndirici şəxs - Vüsal Abbasov, e-mail: [email protected], tel: (012) 598-01-47 (daxili:105), faks: (012) 598-01-52

Xəbər lenti

Xəbər lenti