Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycan bankı "DəmirBank" nizamnamə kapitalını bir milyon manat artırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi məlumat verib.
"Dövlət Komitəsi tərəfindən "DəmirBank" ASC-nin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 0,20 manat olan 5 000 000 ədəd adi, sənədsiz, adlı səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınıb", - məlumatda deyilir.
Sentyabr ayının əvvəlində DəmirBank-ın nizamnamə kapitalı 20 milyon manat, ümumi kapitalı isə 48 milyon manat olub.
Oktyabrın 4-nə olan rəsmi məzənnə 0.7869 AZN/USD təşkil edir.