...

Azərbaycan Vergilər Nazirliyinin telefon məlumat xidmətinə müraciətlər 353 mini ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2011 19:02 (UTC +04:00)
Cari ilin doqquz ayı ərzində vergiödəyicilərin Azərbaycan Vergilər Nazirliyi yanında 195 telefon məlumat xidmətinə müraciətlərinin sayı 353 587 təşkil edib.
Azərbaycan Vergilər Nazirliyinin telefon məlumat xidmətinə müraciətlər 353 mini ötüb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir N.İsmayılova/

Cari ilin doqquz ayı ərzində vergiödəyicilərin Azərbaycan Vergilər Nazirliyi yanında 195 telefon məlumat xidmətinə müraciətlərinin sayı 353 587 təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə xidmətin rəhbəri Məhəmməd Yunusov deyib. Ötən ilin yekunları üzrə bu rəqəm 323 406 müraciət olub.

"Cari ilin üç rübündə xidmət tərəfindən 189 sorğuya cavab verilib", - Yunusov bildirib.

Onun sözlərinə görə, telefon xidmətində nəinki vergilər üzrə verilmiş suallara cavab almaq olar, həmçinin, vergi qanunvericiliyinin pozulması və qanunsuz hərəkətlər və ya vergi orqanı nümayəndələrinin fəaliyyətsizliyi barədə şikayət etmək mümkündür.

"Belə ki, hesabat dövründə nazirliyə 417 belə müraciət daxil olub. Onların 300-dən çoxu vergi qanunvericiliyinin pozulması faktı ilə bağlıdır", - o deyib.

2011-ci ildən nazirlik, həmçinin vergiödəyicilərə borcların ödənilməsi, bəyannamələrin təqdim edilməsi və digər öhdəliklərlə əlaqədar xəbərdarlıqları SMS-məlumat vasitəsilə göndərməyə başlayıb. Belə ki, hesabat dövründə 123 112 səsli məlumat və 128 275 SMS-məlumat göndərilib.

195 məlumat xidməti 2003-cü ilin sonundan fəaliyyət göstərir və o dövrdə yalnız Bakını əhatə edirdi. 2006-cı ildən bütün respublikadakı vergiödəyicilər artıq ödənişsiz əsasda bu xidmətdən istifadə edə biliblər. 2009-cu il sentyabrın 1-dən İqtisadi İnkişaf Nazirliyinin Vergilər Nazirliyinin məlumat mərkəzinə qoşulması vasitəsilə İİN-in 195-2 telefon xidməti yaradılıb. Vergilər Nazirliyinin 195 telefon məlumat xidməti bütün gün boyu iki rejimdə (birbaşa və avtomatik) fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti