Azərbaycan, Bakı, 2 noyabr /Trend/
Azərbaycan bankı "Expressbank" ASC-nin Bakı şəhəri, Azadlıq prospekti 108 ünvanda yeni, "Azadlıq" filialı fəaliyyətə başlayıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.
Bankın filialı fərdi və korporativ müştərilərə hesab açılması, depozit qəbulu, istehlak kreditləri, avto kreditlər, biznes kreditləri, plastik kartla əməliyyatlar, kommunal və mobil rabitə ödənişləri, valyuta mübadiləsi və s. digər bank xidmətləri göstərir. Müştəri məmnunluğunun təmin edilməsi, onlara daha rahat və sürətli xidmət göstərmək, o cümlədən əməliyyatçıların xidmət keyfiyyətinin ölçülməsi məqsədi ilə filialda növbənin elektron idarə edilməsi sistemi olan Q-matic sistemi tətbiq edilib.
Yaxın müddət ərzində bankın "Mərkəz" filialı və "Bakı" şöbəsi fəaliyyətə başlayacaq. Həmçinin Nizami rayonunda "Neftçilər" filialının açılması planlaşdırılır.
Ümumilikdə bu günə bankın baş ofisdən əlavə ölkə üzrə 9 filialı fəaliyyət göstərir ki, onlardan 6-sı regionlardadır. Bundan əlavə bankın 4 şöbəsi, 49 bankomatı və 22 POS-terminalı var.
"Expressbank"-ın fəaliyyəti və kampaniyaları barədə daha geniş və ətraflı məlumatla www.expressbank.az saytından və ya 132 Məlumat Mərkəzinə zəng vurmaqla tanış olmaq olar.