...

Türkiyə Suriyaya elektrik enerjisinin verilməsini dayandıra bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2011 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Suriyada hadisələrin bu cür davam edəcəyi təqdirdə, bu ölkəyə elektrik enerjisinin verilməsi məsələsini yenidən nəzərdən keçirmək məcburiyyətində qala biləcəklərini deyib. Bu barədə Trend çərşənbə axşamı "Zaman" qəzetinə istinadən məlumat verir.

"Hazırda Suriyaya elektrik enerjisi veririk, lakin hadisələr bu cür davam edərsə, bu qərarı yenidən nəzərdən keçirmək məcburiyyətində qala bilərik", - nazir bildirib.

Onun sözlərinə görə, Suriyaya elektrik enerjisinin verilməsi məsələsi Baş nazir Rəcəb Tayyib Ərdoğana çatdırıldıqdan sonra bu barədə qərar qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti