...

"Atəşgah" sığorta şirkəti 15 yaşını qeyd edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2012 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

"Atəşgah" Sığorta Şirkəti 15 illik yubileyini bayram etdi.

SŞ-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, şirkətin ad günü münasibətilə 12 yanvar 2012-ci il tarixində Bakı və Azərbaycan regionlarından olan 250-dən artıq "Atəşgah" Sığorta Qrupu əməkdaşlarının iştirakı ilə təntənəli mərasim keçirilib.

Bu tədbirdə fərqlənən və 10 ildən artıq çalışan "Atəşgah" əməkdaşlarına şirkətin inkişaf tarixindəki xüsusi xidmətlərinə görə fəxri diplom və qiymətli hədiyyələr təqdim edilib.

Təntənəli axşamı "Atəşgah" Sığorta Qrupunun prezidenti Ruslan Əliyev giriş nitqi ilə açıb və "Atəşgah"ın 15 illik fəaliyyət tarixi ərzində əldə etdiyi nailiyyətlər haqqında bəhs edib.

Onun sözlərinə görə, 15 il ərzində şirkət Azərbaycan sığorta bazarında əhəmiyyətli uğur əldə edib. Şirkətin regionlarda iştirakı genişlənib - regionlardakı ofislərin sayı doqquza çatıb, biznes proseslər təkmilləşdirilib, bir sıra iri layihələr həyata keçirilib.

2011-ci il - 15 illik konsepsiyası çərçivəsində "Atəşgah" SŞ öz loqotipini irəliyə doğru hərəkəti simvolizə edən al yelkənlərlə bəzəyib. Azərbaycanda ilk dəfə olaraq, şirkət unikal tarixi-mədəni abidə olan "Atəşgah" od məbədini sığortalayıb. Azərbaycanda ilk olaraq "Eurovision 2011" musiqi müsabiqəsinin qalibi Nigar Camalın simasını sığortalayıb.

"Şirkət üçün ən vacib addımlardan biri də "Atəşgah" komandasının Heydər Əliyev zirvəsini fəth etməsi, həmçinin onlayn rejimində İcbari Sığorta Bürosu vasitəsilə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ilk polisin buraxılışı olub", - qrup prezidenti qeyd edib.

Əliyev "Atəşgah" SQ-nin əməkdaşlarına məhsuldar və peşəkar fəaliyyətlərinə görə minnətdarlığını bildirib və 2012-ci ildə yeni nailiyyətlər arzu edib.
Təntənəli axşam proqramı Akif Süleymanbəylinin musiqi qrupu, "Eurovision 2011" müsabiqəsinin qalibi Nigar Camal, peşəkar şou-balet və DJ Yarikin müşayiəti ilə davam edib.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. "Atəşgah" SŞ və "Atəşgah Həyat" SŞ "Atəşgah" Sığorta Qrupuna daxildir. 2011-cu ilin nəticələrinə görə, "Atəşgah" Sığorta Qrupu Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında birinci yeri tutur. 2011-ci il ərzində qrupun sığorta haqları 28 mln. manat, ödənişləri isə 6,2 mln. manatdan çox təşkil etmişdir. "Atəşgah" SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti