...

Azərbaycan dəmir yolları artan sərnişin axınını təmin edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2012 16:56 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC daxili istiqamətlərdə hərəkət edən qatarlara 15 əlavə vaqon qoşub.
Azərbaycan dəmir yolları artan sərnişin axınını təmin edir

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC daxili istiqamətlərdə hərəkət edən qatarlara 15 əlavə vaqon qoşub. Bu barədə çərşənbə günü Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, bu, sərnişin axınının artması ilə əlaqədardır. Belə ki, sərnişinlər yolların buz bağlaması səbəbindən avtobusların deyil, dəmiryol xidmətindən istifadə etməyə üstünlük verirlər.

Daxili dəmiryol reyslərində normal hərəkətin təmini məqsədilə xəttə beş teplovoz da buraxılıb. Nəqliyyat vasitələrinin istilik sistemi daş kömür hesabına təmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan çərşənbə günü Trend-ə bildirilib ki, fevralın 8-də səhər saat 06:00-07:00 radələrində havanın minimal temperaturu Bakıda 11 dərəcə şaxta təşkil edib. Bu da 110 illik hidremeteoroloji müşahidələrə görə, 1969-cu ildə qeydə alınan -10 dərəcə şaxta göstəricisini üstələyib.

Fevralın 8-də gün ərzində güclü külək və şaxtalı hava şəraiti davam edəcək, şimal-qərb küləyi öz qüvvəsində qalacaq, arabir güclənəcək. Bu gün gündüz 4-6, axşam isə 10 dərəcəyədək şaxta gözlənilir.

Gün ərzində Azərbaycanın rayonlarında da şaxtalı-qarlı hava şəraiti davam edəcək.

Xəbər lenti

Xəbər lenti