...

Qazaxıstan Azərbaycana Gömrük İttifaqı bazarına daxil olmağı təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2012 16:31 (UTC +04:00)
Azərbaycanlı sahibkarların Aktobe vilayəti vasitəsilə 2012-ci il yanvarın 1-dən fəaliyyət göstərən vahid iqtisadi məkanın iştirakçıları olan Qazaxıstan, Rusiya və Belarus bazarlarına çıxmaq imkanları var.
Qazaxıstan Azərbaycana Gömrük İttifaqı bazarına daxil olmağı təklif edir

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycanlı sahibkarların Aktobe vilayəti vasitəsilə 2012-ci il yanvarın 1-dən fəaliyyət göstərən vahid iqtisadi məkanın iştirakçıları olan Qazaxıstan, Rusiya və Belarus bazarlarına çıxmaq imkanları var. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Aktobe vilayətinin başçısı Arximed Muxambetov bildirib.

"Vahid iqtisadi məkan vasitəsilə bazarlara çıxış vergi və gömrük sahələrində vahid tariflər və başqa üstünlüklər vəd edir ki, bu da biznesin inkişafı üçün əlverişli şərait yaradır. Əgər məkana daxil olana qədər Qazaxıstanda bazara çıxış 16 milyon insanı əhatə edirdisə, bu gün bazar 180 milyondan artıq insanı əhatə edir", - Muxambetov deyib.

"Bakıya səfərin məqsədi iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatında əməkdaşlıq üçün investorlar və tərəfdaşlar tapmaqdır", - vilayət başçısı deyib.

Onun sözlərinə görə, biznes forumda 20 iri layihə təqdim olunub. Onların arasında nikel və şüşə zavodlarının tikintisi layihələri də var.

"Ümid edirik ki, azərbaycanlı iş adamları bu layihələrin reallaşdırılması üçün birgə müəssisələrin yaradılmasında iştirak edəcəklər", - Muxambetov deyib.

Onun sözlərinə görə, Aktobe vilayəti Azərbaycandan kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvə və tərəvəzin tədarükündə, eləcə də kənd təsərrüfatı məhsullarının qablaşdırılması, çeşidlənməsinin birgə təşkili üçün tərəfdaşların tapılmasında və həmin məhsulların Qazaxıstanda satışında maraqlıdır.

Vilayət başçısının sözlərinə görə, hazırda azərbaycanlı sahibkarlar vilayətin kənd təsərrüfatı sektorunda, o cümlədən, dənli bitkilərin becərilməsində çalışırlar.

Qazaxıstanın Aktobe vilayətinin Azərbaycanla mal dövriyyəsi 40 milyon dolları ötür ki, bu da vilayətin xarici ticarət tərəfdaşları arasında üçüncü yer deməkdir.

Xəbər lenti

Xəbər lenti