...

2011-ci ildə Azərbaycan fermerlərinə 100 milyon dollar məbləğində yardım verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2012 13:02 (UTC +04:00)
Ötən il kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına, həmçinin buğda və çəltik səpininə görə 76,2 milyon manat yardım verilib.
2011-ci ildə Azərbaycan fermerlərinə 100 milyon dollar məbləğində yardım verilib

Azərbaycan, Bakı, 1 mart/ Trend müxbir A.Axundov/

Ötən il kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına, həmçinin buğda və çəltik səpininə görə 76,2 milyon manat yardım verilib. Trend-in məlumatına görə, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin cümə axşamı yaydığı məlumatda deyilir.

"390084 kənd təsərrüfatı istehsalçısına 1319407,36 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 52,8 milyon manat yardım hesablanaraq ödənilib", - məlumatda deyilir.

2007-ci ildən Azərbaycanda fermerlərə dövlət büdcəsinin vəsaitləri hesabına yardımlar verilir.

Azərbaycan Prezidentinin kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin göstərilməsi haqqında sərəncamına uyğun olaraq, səpilən hər hektar buğda sahəsinə görə 40 manat yardım verilir.

2001-ci il 27 noyabr tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi güzəştlərinin verilməsi haqqında" qanuna uyğun olaraq, ölkədə kənd təsərrüfatı məhsulları istehsalçıları bütün vergilərin (torpaq vergisindən başqa) ödənilməsindən azad edilib.

Xəbər lenti

Xəbər lenti