...

"Çelsi Kapital" fevral ayında brokerlərin renkinqinə başçılıq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2012 19:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir A.Axundov/

2012-ci ilin fevral ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə "Çelsi Kapital" başçılıq edib. Şirkət 5 müştəriyə ümumi dəyəri 77,793 milyon manat olan broker xidmətləri göstərib. Bu barədə cümə günü Trend-ə Bakı Fond Birjasından məlumat verilib.

İkinci yeri isə 1 müştəriyə ümumi həcmi 12 milyon manat olan broker xidmətləri göstərmiş "ADB-Broker" tutub.

Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 9,5 milyon manatla "BoB Broker" qərarlaşıb.

2012-ci il fevral ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əqdlərin sayı

Müştərilərin sayı

Əməliyyatların həcmi

(AZN)

1 (-)

1

"Çelsi Kapital" MMC

18

5

77 793 248,75

2 (-)

-

"ADB-Broker" MMC

1

1

12 000 000,00

3 (-)

3

"BoB Broker" MMC

2

1

9 506 672,00

4 (▼)

2

"Respublika İnvest" MMC

2

2

7 996 924,62

5 (-)

5

"Texnika Kapital Menecment" MMC

4

1

5 599 572,27

6 (-)

-

"Caspian Financial ltd" MMC

4

1

1 939 067,72

Xəbər lenti

Xəbər lenti