...

2012-ci ilin II rübündə Bakıda Azərbaycan-Argentina biznes-forumunun keçirilməsi planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2012 17:22 (UTC +04:00)
"Azərikimya" İstehsalat Birliyində Argentinanın iqtisadi yönümlü nazirliklərinin iqtisadi araşdırma missiyasının nümayəndələri ilə görüş keçirilib.
2012-ci ilin II rübündə Bakıda Azərbaycan-Argentina biznes-forumunun keçirilməsi planlaşdırılır

Azərbaycan, Bakı, 5 mart /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində Argentinanın iqtisadi yönümlü nazirliklərinin iqtisadi araşdırma missiyasının nümayəndələri ilə görüş keçirilib.

İB-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanın neft-kimya sənayesinin inkişaf mərhələləri, yaxın gələcəkdə reallaşdırılacaq layihələr, o cümlədən Sumqayıtda Azot gübrəsi (karbamid) zavodunun təməlinin qoyulması və onun tikintisi üçün görülən hazırlıq işləri, sənaye zonasında yaradılması nəzərdə tutulan Sumqayıt Kimya Sənaye parkı haqqında ətraflı məlumat verilib.

Görüşdə yaxın zamanlarda iki ölkə arasında iqtisadi əlaqələrin yaradılması məqsədilə Argentinadan böyük bir işçi qrupunun Azərbaycana səfərinin gözlənildiyi bildirilib. May-iyun aylarında isə Argentinanın iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana gələcəyi və həmin səfər çərçivəsində Azərbaycan-Argentina biznes-forumunun keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti