...

2011-ci ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi 29 qrant müqaviləsini qeydiyyata alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2012 17:57 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi 2011-ci ildə 12 kommersiya hüquqi şəxsin 29 qrant müqaviləsini qeydiyyata alıb.
2011-ci ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi 29 qrant müqaviləsini qeydiyyata alıb

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi 2011-ci ildə 12 kommersiya hüquqi şəxsin 29 qrant müqaviləsini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü nazirliyin yaydığı məlumatda deyilir.

Qeydiyyata alınmış qrant müqavilələrinin ümumi məbləği müxtəlif valyutalarda olmaqla 2,62 milyon dollar, 1,03 milyon manat və 14,64 min avro təşkil edib.

Qrant vəsaitləri poeziya və atalar sözlərinin tərcüməsinə, dilçilik və mədəniyyət məlumatlarının toplanmasına, lüğətlərin hazırlanması və seminarların keçirilməsinə, kiçik və orta sahibkarlığın inkişafına, kənd təsərrüfatının inkişafı və bu sahədə məşğulluğun artırılmasına, məcburi köçkünləri, qaçqınları və aztəminatlı əhalini sahibkarlıq fəaliyyətinə cəlb etməklə məşğulluğun yüksəldilməsinə və s. istiqamətlərə yönəldilib.

Xəbər lenti

Xəbər lenti