...

Bakı Ali Neft Məktəbinin rektoru təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2012 19:12 (UTC +04:00)
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Azərbaycan Prezidentinin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Elmar Eldar oğlu Qasımov Bakı Ali Neft Məktəbinin rektoru təyin olunub.
Bakı Ali Neft Məktəbinin rektoru təyin olunub

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Bakı Ali Neft Məktəbinin rektoru təyin olunub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Azərbaycan Prezidentinin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Elmar Eldar oğlu Qasımov Bakı Ali Neft Məktəbinin rektoru təyin olunub.

Elmar Eldar oğlu Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub.

1990-cu ildə orta məktəbi gümüş medalla bitirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini, 2002-ci ildə həmin Universitetin hüquq fakültəsini bitirib.

1996-2000-cu illərdə BDU-nun aspirantı olub. 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib. 1996-cı ildə BDU-nun coğrafiya fakültəsində müəllim, 2007-ci ildən dosent vəzifəsində işləyir.

1995-1999-cu illərdə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar Komitəsinin sədri olub. 1999-cu ildən 2011-ci ilin sentyabr ayınadək Azərbaycan təhsil nazirinin müavini olub. 2008-ci ildə Azərbaycan Prezidenti tərəfindən "Tərəqqi" medalına layiq görülüb.

Bir sıra elmi məqalələrin müəllifidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Bu təyinatdan əvvəl Qasımov ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti